Huawei avtonom vasitələrin istehsalına başlayır

  • 13 İyun 2019

Huawei, son aylarda saysız xəbərlərin əsas mövzusu oldu.

Təssüflə qeyd etmək olar ki, gündəmə gələn xəbərlərin demək olar yarıdan çoxu ürəkaçan deyildi. Huawei üçün müəyyən proqramlar və əməliyyat sistemləri qadağan edildikdən sonra texnologiya nəhənginin smartfon biznesinə ciddi zərbə vuruldu.

Chip.az xəbər verir ki, bu hadisələrdən sonra, Huaweinin smartfon sənayesindən uzaqlaşaraq başqa hədəflər axtaracağı hətta öz avtonom vasitəsini təqdim edəcəyi iddia edilirdi. Financial Times qəzetinə müsahibə verən Huawei 2021-ci ildə gerçəkləşəcək avtonom nəqliyyat vasitələri üçün planlarını açıqlayıb.

Huaweinin baş strateji memarı Dang Wenshuan şirkətin avtomobil istehsalı üçün Audi və Toyota ilə əməkdaşlıq edəcəyini bildirib. Wenshuan sözlərinə belə davam etdi:

"Qurulacaq əməkdaşlıq nəticəsində 2021 və ya 2022-ci illərdə bu [avtonom sürücülük] komponentləri istifadə edərək bir avtomobili təqdim edəcəyik. Vasitə Çin və Avropada satışa çıxarılacaq "

Google və Uberdən sonra Huaweinin də avtonom vasitə rəqabətinə qoşulması müvafiq sektorundakı mübarizəni daha da gərginləşdirdi. Vaxt keçdikcə bu üç şirkətdən hansının tam avtonom vasitə istehsal edəcəyini görəcəksiniz.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır