Facebook istifadəçi məlumatlarını yenidən toplayır

  • 12 İyun 2019
  • 167

Sosial media nəhənglərindən biri olan Facebook yanvar ayında proqram hazırlayarq gənclərə mobil internet istifadə məlumatlarını əldə etmək üçün pul ödəməyə başlayacağını bildirmişdi.

Chip.az xəbər verir ki, gələn reaksiyaların nəticəsində bu proqramın fəaliyyətinə son verildi. Yeni bir tətbiq ilə məlumat toplamağa yenidən başlamağı planlaşdıran şirkət xəbərlərini paylaşmağı qəbul edən şəxslərə pul ödəyəcəyi Study adlı proqramı təqdim etdi. ABŞ və Hindistanda istifadə olunacaq tətbiq fərdlərin razılığını tələb edir. Ödəmələr isə Paypal vasitəsilə həyata keçiriləcək. Proqram hazırda Androidlər üçün keçərlidir.

Facebook verdiyi açıqlamalarında sözü gedən prosesin reallaşacağı təqdirdə şəffaf sistemdən istifadə edəcəklərini, bütün məlumatları gizli və təhlükəsiz saxlayacaqlarını bildirib.

Yeni tətbiq telefonda quraşdırılmış digər tətbiqləri, proqramlarda istifadə olunan vaxtı, istifadəçinin ölkə, cihaz və şəbəkə məlumatlarını və tətbiq fəaliyyətinin adlarını toplayacaq.

Facebook bu proqram vaistəsi ilə istifadəçi məlumatlarınına, şifrələrinə, fotoşəkillərinə, media məzmunlarına dair detallı xəbərləri qeydə alacaq. Məlumatlar şirkətin məhsullarını təkmilləşdirmə istiqamətində istifadə olunacaq.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Texasda eyni nöqtəyə səkkiz saniyədə 11 dəfə ildırım düşüb

ABŞ-ın Texas əyalətinin cənubundakı bir ərazidə eyni nöqtəyə səkkiz saniyədə 11 dəfə ildırım düşüb.

Chip.az xəbər verir ki, bu

Azərbaycanda domen almaq qaydaları dəyişdi

Chip.az bildirir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyah

Qidalardakı bakteriaları aşkarlayan kompüter proqramları təkmilləşdirilir

Chip.az bildirir ki, bu proqramlardan ən yenisi, Cornell Universitetinin araşdırmaçıları tərəfindən patogenlərin ola biləcəyi ən mümkün yerləri müəyyən edə bi

21 yeni planet kəşf edildi

NASA-nın "planet kəşfiyyatçı" peyki TESS (Transiting Exoplanet Survey Satellite), Dünyaya oxşar planetləri aşkar etmək üçün keçən il kosmosa buraxılmışdı. 

İranla İKT sahəsində birgə təcrübə mübadiləsinin aparılması müzakirə olunub

Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) səlahiyyətli konfransı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində rəsmi səfərdə olan Nəqliyyat, rabitə v