LG dünyanın ilk 1 ms IPS ekrana sahib monitorunu təqdim etdi

  • 12 İyun 2019

Hər ötən gün oyun sektoru sürətli inkişaf etməyə davam edir.

Chip.az xəbər verir ki, texnologiya istehsalçılarının yeni məhsulları ilə istifadəçilərin qəlbini almağa çalışdığı bir vaxtda Cənubi Koreya nəhəngi  LG, iki yeni oyunçu monitorunu təqdim etdi. Monitorun detaylı özəlliklərinə keçmədən önce, ümumi görünüşünü təqdim edək.

LG tərəfindən təqdim olunan iki yeni oyunçu monitoru

LG yeni monitor modellərini 38GL950G və 27GL850 olaraq adlandırıb. Bu modellərin başında yer alan 38 və 27 sözləri monitorların ölçüsünü göstərir. Bu o deməkdir ki, LG öz müştərilərinə38 və 27 düymlük iki yeni oyunçu monitorunu təqdim edəcək.

LG 38GL950G monitoru dünyanın ilk 1 milyon gecikmə müddətinə sahib Nano IPS ekranıdır. Bununla yanaşı LG UltraGear və NVIDIA G-SYNC xüsusiyyətlərinə malikdir. LG UltraGear rəngli reproduksiya, ultra sürətli cavab müddəti və 144 Hz yeniləmə sürəti ilə gəlir. Bu sürət 175 Hz-dən çox ola bilər. Həqiqətən yaxşı bir görüntü keyfiyyəti təklif edən LG bu model də oyunçuların istifadəsini artırır. 3840 x 1600 piksel (WQHD) gücündə olan bu oyunçu monitor 21: 9 ekran ölçüsü, əyri ekran və demək olar ki, çərçivəyə malik olmayan bir dizayna malikdir. LG 38GL950G Sphere Lighting 2.0 adlanan və oyunun  ambiyansına uyğun olaraq çərçivəni işıqlandıran bir RGB LED sistemi ilə gəlir. Bu led sistem vasitəsi ilə istifadəçilərin oyuna daha çox uyğunlaşmağı hədəflənir. Bütün bu xüsusiyyətlərə əlavə olaraq LG-nin bu modeli NVIDIA-nın performans və görüntü keyfiyyəti ilə bağlı həyata keçirdiyi 300-dən çox sınaqda uğur qazanmışdır.

LG-nin 27 düymlük modeli  27GL850 isə böyük olan modelə görə biraz daha zəif özəlliyə malikdir deyə bilərik. Ancaq bu xüsusiyyətlərlə belə bazarda əksər oyunçuların avadanlıqlarından daha yaxşı olduğunu söyləmək mümkündür. NVIDIA G-SYNC texnologiyasını ehtiva edən bu monitor HDR10 texnologiyasına sahib və LG UltraGear texnologiyasını da özündə birləşdirir. 2560 x 1440 piksel (QHD) gücündə olan monitor ayrıca 144 Hz yenileme sürətinə və 1ms reaksiya müddətinə malikdir.

1 iyul tarixində təqdim edilməsi gözlənilən LG-nin bu iki monitoru gələn ilin birinci rübündə sahiblərinə çatdırılacaq. Qiymətlə bağlı hər hansı informasiya hələki verilməyib.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər