Bank Respublika Azərbaycanın ödəniş sisteminə yenilik gətirdi

  • 12 İyun 2019
  • 255

Azərbaycanın ən iri banklarından biri olan Bank Respublika, 11 iyun tarixində Hilton otelində yeni innovativ məhsulu olan - Mastercard Paypass Sticker-nin təqdimat mərasimini keçirdi.

Chip.az xəbər verir ki, tədbirdə kiçik və orta sahibkarlığın 150-dən çox nümayəndəsi, eləcə də bankın müştəriləri iştirak etdilər.

Paypass Sticker - MasterCard PayPass kartlarının kompakt analoqu kimi xidmət göstərən innovativ bir məhsuldur. İndi bu stiker vasitəsilə müştərilər bir toxunuşla rahat, asanlıqla və təhlükəsiz bir şəkildə ödəniş edə biləcəklər. Stikeri POS terminal yaxınlaşdlrmaq kifayət edir ki, ödəniş yerinə yetirilsin. Stiker-kartın üstünlüyü ondan ibarətdir ki, onu müştəriyə rahat olan istənilən əşya üzərinə yapışdırmaq olar, məsələn, telefon, çanta və ya cüzdan üzərinə. 50 manata qədər alışlar üçün ödəniş etdikdə PİN-kodu daxil etmək tələb olunmur. Stiker ayrıca və ya mövcud kart hesabına bağlı verilə bilər.

"Məhsullarımızın ən qabaqcıl texnologiyalara uyğun olması bizim üçün çox önəmlidir. MasterCard PayPass bir toxunuşla ödəniş texnologiyası qeyri-nağd ödənişlər dönəminə bir yenilik gətirdi, çünki onun yaranması ilə bank kartının yalnız ödəniş vasitəsi kimi olması faktı ortadan qalxdı. Çox sevindirici haldır ki, Azərbaycan bazarında bu texnlogoyanı ilk dəfə məhz Bank Respublika təqdim etdi. Ümid edirəm ki, müştərilərimiz MasterCard PayPass stikerlərinin rahatlığını yüksək qiymətləndirəcəklər, çünki bu məhsul nağdsız ödənişləri daha rahat və daha sürətli edəcəkdir " deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd etdi.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytındafacebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

AzInTelecom Kasperski Lab-ın rəsmi partnyoru oldu

Chip.az  bildirir ki, əməkdaşlığa əsasən, “AzInTelecom”un AZCLOUD bulud provayderi korporativ bulud infras

OnePlus-un avtomobil istehsalına hazırlaşdığı iddia edilir

Chip.az bildirir ki, OnePlus, sosial media hesablarında bir avtomobil silueti ilə birlikdə "çox yaxında” ifadəsinin yer aldığı fotolar paylaşdı. Pay

Samsung AKG brendi altında üç yeni kabelsiz qulaqlıq çıxardı

Y100, Y500 və N700nc adını daşıyan üç kabelsiz qulaqcığı tanıdan şirkət, yeni bir qulaqcıq axtaranlara fərqli dizayn və xarakterlərdə variantlar təqdim edir.

Samsu

Valideyn olmaq istəyən şəxslər virtual körpə sahibi ola biləcək

Chip.az bildirir ki, gələcək elm adamları körpəyə sahib olmağın çoxlu maliyyə və süni intellektin sürətli inkişafı insanların virtual bir uşaq sahibi olmağa v

6 dekabr – rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

Azərbaycan  rabitəsi zəngin tarixi köklərə malikdir. Belə ki, Hülakilər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün Qazan xan hələ 1303-cü ildə poçt sahəsində isla