Foxconn Çindən kənarda da iPhone istehsal edə biləcəklərini açıqlayıb

  • 12 İyun 2019

ABŞ və Çin arasında davam edən ticarət müharibəsinin iPhonelər üçün necə nəticələnəcəyi ətrafında birçox müzakirələr aparılırdı.

Chip.az xəbər verir ki, məhsullar hazırda Çində Foxconn tərəfindən istehsal olunsa da Foxconn meneceri lazım gələrsə Çin xaricində də  istehsala davam edə biləcəklərini qeyd edib.

“Biz Apple şirkətinin ABŞ bazarında ehtiyaclarını ödəməsinə kömək edə bilərik” deyə Li Liu qeyd edib.

Bir investor konfransında danışan Liu, şirkətin Appletələblərini qarşılmaq üçün yetərli gücə malik olduğunu bildirib. Apple isə hələki Foxconn-a Çində istehsalındayandırılmasına dair heç bir məlumat verməyib.

Foxconn və Apple, ABŞ və Çin arasındakı ticarət mübahisəsinin diqqət mərkəzində olacağı təqdirdə B planını hazır tutur. İstənilən böhran vəziyyətində, Çin xaricində istehsalın davam etdirilməsi istiqamətində qərarın verilməsi gözlənilir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır