Netflix yeni Ghost in Shell animesi hazırlayır

  • 12 İyun 2019

Anime serialın ilk konsept-artı paylaşılıb.

Chip.az xəbər verir ki, şəklin müəllifi, Rusiyalı illustrator İlya Kuvşinov olub. Həmçinin o, yeni çıxacaq animenin də aparıcı dizayneri təyin edilib.

Art nümunəsini yeni serialın rejissorları – Sindzi Aramaki(Apple Seed) və Kendzi Kamiyama paylaşıb.

Motoko Kusanaginin yeni macəralarından bəhs edəcək anime-serial, Ghost In Shell: SAC_2045 adlanacaq və tamamilə 3D qrafikada işlənəcək.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır