Efootball PES 2020-nin fraqmentləri yayımlandı

  • 12 İyun 2019
  • 306

Konami PES seriyasının yeni oyunu eFootball PES 2020-ni təqdim edir.

Chip.az xəbər verir ki, sentyabrın 10-da satışa çıxarılacaq yeni oyun, adından göründüyü kimi, e-idmana sahəsinə yönəldiləcək. Konaminin məlumatlarına görə, sahədəki hər bir hərəkətin düzgünlüyünü və tutarlılığını təmin etmək üçün PES 2020-də qiymətləndirmələr aparılıb.

Diqqət çəkən məqamlardan biri yaradıcı qrupun Andrés Iniesta ilə birgə, sahədəki boşluqları görüb oyunun hücum və ötürmələr ilə oyuna daha yaxşı adaptasiyasını artırmaq üçün çalışmasıdır.

Seriyanın pərəstişkarları PES-də reallığın həmişə vacib olduğunu və qalibiyyətlərdə olduğu kimi uğursuzluqlarınızda da pay sahibi olduqlarını qəbul edəcəklər. Bu baxımdan PES 2020, oyunçu səhvlərindən yararlanaraq avantajı qoruyub saxlayacaq real oyunu təmin edəcək. Oyuna bir neçə yeni ilk touch taktikası da əlavə olunub.

Oyunun Əsas Liqa rejimi yenilənmiş bir formatda gəlir. Daha real transferlər edərək Maradona kimi əfsanəvi məşqçiləri ilə komandalarınızı idarə edə biləcəksiniz. Matçdan öncə və sonra mətbuat konfranslarında isə  interaktiv dialoqlar ilə qarşılaşacaqsınız.

"EFootball PES 2020" ‘finesse’ adı verilən yeni bir driblling texnologiyası, yaxşı marka qabiliyyəti, təkmilləşdirilmiş vuruş dəqiqliyi, daha real müdafiə, təkmilləşdirilmiş top fizikası və yeni bacarıqlar kimi ünsürlər təqdim edir. Beləliklə, siz və rəqib komanda daha çox inkişaf etmiş süni intellekt sisteminə malik olacaq.

Aşağıdakı linkə daxil olaraq görüntüləri izləyə bilərsiniz:

https://youtu.be/fK3_uf8FLHc

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Azərbaycanda internet xidmətinə görə aylıq ödəmələrin vaxt məhdudiyyətində dəyişiklik edilib

Chip.az xəbər verir ki, bu aydan şirkətin göstərdiyi internet xidməti üzrə ödənişlər “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq.

Belə ki, artı

Bakı məktəbliləri kosmonavtları xoşbəxt edəcək xüsusi eynək və ayaqqabılar hazırlayıb

Burada 6 nəfərdən ibarət,bir, yaxud, iki  rəhbərin başçılıq etdiyi komandalar iştirak edə bilərlər. FLL şagirdləri əyləncəli mühitdə real elm və texnologiya problemləri il

Huawei ABŞ-dakı yüzlərlə işçisinin vəzifəsinə son verir

Huawei milli təhlükəsizliyi ön planda tutaraq, ABŞ araşdırma laboratoriyalarında çalışan yüzlərlə işçisini vəzifəsindən çıxaracaq.

Hədəf Liseyi Robototexnika üzrə dünya nəhəngi ilə müqavilə imzaladı

Qeyd edək ki, dünyanın 140 ölkəsində 20,000-dən artıq məktəb STEM və kodlaşdırma təhsili üçün Makeblock şirkətinin Airblock, mBot, mBlock, Maker kitləri, Ultimate, Neu

Ən böyük pilotsuz təyyarə sınaqdan keçirilib

vladtime.ru saytının məlumatına görə, “Ağ qu quşu” 1500 kq ağırlığında yü