Google Documentsə fayl müqayisəsi xüsusiyyəti əlavə olunub

  • 12 İyun 2019

Google Documents fayllar ilə iş prosesini daha da asanlaşdırdı.

Chip.az xəbər verir ki, tətbiq artıq versiya nömrələrindən asılı olmayaraq eyni sənədləri eyni vaxtda bir neçə insanın redaktə etməsinə imkan verir. Lakin, xidmətdən istifadə etmədiyiniz zamanlar da olacaq. Microsoft Word bu işləri bir neçə ildir davam etdirdiyi halda Google prosesin həyata keçirilməsinə bir qədər gecikib. Hazırda bunu gerşəkləşdirməklə  rəqiblərinə çatmış oldu.

Yeni əlavə olunan xüsusiyyət iki ayrı sənədi veb-interfeysindən müqayisə etməyə imkan verir. Bunu gerçəkləşdirmək üçün Sənədlər bölməsindən fayl açın, Tools (Tools) hissədə sənədləri müqayisə et funksiyasını basın və müqayisə etmək istədiyiniz versiyanı seçin. Beləliklə, sənəddə göstərilən düzəlişləri göstərən yeni bir sənəd yaradılacaq və onu görməkdə çətinlik çəkməyəcəksiniz.

Sözü gedən özəllik bu günden etibarən istifadəyə təqdim olunacaq. Bütün istifadəçilərin bu xüsusiyyətdən tam olaraq yararlanması prosesi iyul ayının əvvəlinə qədər çəkə bilər.

https://bit.ly/2I8UJUa

https://apple.co/2ZifwKH

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər