Huaweinin yeni əməliyyat sistemi sınaqdan keçirilir

  • 5 gün Əvvəl
  • 402

Global Times qəzetinin Twitter üzerindən paylaşdığı xəbərə görə içərisində Xiaomi və OPPOnun da daxil olduğu Çin telefon istehsalçıları Huaweinin HongMengOS (və ya Ark OS) əməliyyat sistemini test etdiyi bildirilib.

Chip.az xəbər verir ki, bu məlumat öz təsdiqini taparsa OPPO və Xiaomi telefonlarında HongMengOSu görə bilərik.

2018-ci ildə dünya bazarında ən yaxşı 6 telefon markasının 3ü Çin şirkətlərinə məxsus idi. Huawei, Xiaomi və OPPO bu siyahıda yer alan ən yaxşı 3 Çin markasıdır. Hazırda HongMeng əməliyyat sisteminin yerli telefon markalarında dəstəklənməsini təmin edərək Çin və dünya bazarına çıxarılması gözlənilir.

Əlbəttə ki, daxili telefon markalarından dəstək alması HongMeng əməliyyat sisteminin inkişafı üçün faydalı olacaq. Bundan başqa Huawei meneceri Shao Yanga ünvanlanan "Yeni əməliyyat sistemi nə vaxt təqdim olunacaq?" sualını “Bu bir sirrdir” deyə cavablandırıb.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır