Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

  • 12 İyun 2019
  • 191

Bakcell şirkəti Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkəti ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı şəhərinin müxtəlif parklarında uşaqlar üçün təhlükəsiz internetdən istifadəyə həsr olunmuş aksiya təşkil edib.

Chip.az xəbər verir ki,tədbirlər “Təhlükəsiz İnternet” layihəsi çərçivəsində həyata keçirilib. Valideynlərə və uşaqlara internet mühitindəki zərərli məzmun, internetdən təhlükəsiz istifadə qaydaları və Bakcell və ENGİNET şirkətlərinin birgə hazırladıqları “Təhlükəsiz İnternet Paketi” barədə geniş məlumat verilib.

Qeyd edək ki, Bakcell tərəfindən bir neçə il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən “Təhlükəsiz İnternet Paketi” uşaqlar üçün internetdən təhlükəsiz istifadəni təmin edir. Bu internet paketləri və ENGİNET şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində Bakcell abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və arzuolunmaz məzmundan qoruya bilərlər.

“Təhlükəsiz İnternet” paketi haqqında daha ətraflı məlumat https://www.bakcell.com/az/internet-safe- internet səhifəsinə əks olunur.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Rusiya prezidenti ABŞ-ın Huawei sanksiyalarına qarşı çıxış edib

Huawei istiqamətində davam edən gərginlik Rusiya prezidenti Vladimir Putin ilə yenidən gündəmə gəldi.

Chip.az xəbər verir ki, Putin Sankt-Pe

iPhone ilə çəkilən ən yaxşı fotolar - 2019

Hər il keçirilən “İPhone şəkil festivalı” mükafatları məlum olub. Yarışmanın 12-ci ilində 140 ölkədən göndərilmiş minlərlə şəkil arasından qaliblər seçilib.

Elektron dərslik portalına səsli materiallar əlavə edilib

Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərslik portalında (www.e-derslik.edu.az) 5, 10 və 11-ci sinif ingilis di

İnternet yaradıcısı yeni struktur icad edib



Chip.az “Lenta” resursuna istinadən yazır ki, “Inrupt” Berners-

Wİ-Fİ-yə kartof taxaraq dalğa sürətini artıra bilərsiniz

Evdə Wi-Fi dalğasını gücləndirə biləcək bir neçə sirr var və buna əməl olunarsa dalğaların sürətləndiyini hiss etmək mümkün olacaq.

Wi-Fi da