WhatsApp-da səhv aşkar edən şəxsə mükafat verilib

  • 11 İyun 2019

Hindistanın Manipur şəhərində yaşayan Zonel Sougaijam WhatsApp-da kritik səhvləri müəyyənləşdirərək 5000 dollar mükafat qazanıb.

Chip.az xəbər verir ki, adı şəkilən şəxs  Facebook Hall of Fame 2019 siyahısına da adını yazdırıb. Sougaiyamın adı hazırda 94 nəfərin adı arasında 16-cı yerdədir.

Səhvlərin fərqinə varan Sougaijam WhatsAppda edilən zəng zamanı qarşı tərəfdəki şəxsin izni olmadan görüntülü zəngə keçid etmək mümkün idi.  Beləliklə zəng edən şəxs əlaqə saxladığı adamın nə etdiyini görə bilirdi və bu da şəxsin məxfililik şəraitini pozurdu.

Sougaijam Facebook Təhlükəsizlik qrupunun məsələni ertəsi  gün təsdiqlədiyini və 15-20 gün ərzində problem aradan qaldırdığını bildirib.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər