Dünyaca məşhur Twitch yayımçısı 30 günlük cəzalandırıldı

  • 11 İyun 2019

League of Legends-in lideri Pink Ward nifrət dolu irqçi nitq söyləməsi səbəbindən Twitch üzərindən qadağan edildi.

Chip.az xəbər verir ki, açıqlamalarında irqi ayrı-seçkiliyə yol vermədiyini və sözün səhv olaraq anlaşıldığını iddia edən naşir 30 günlük cəzaya məhkum edildi.

Mayın 17-də irqi ayrı-seçkiliyi qabartdığı bildirilən yayımçı əslində müvafiq sözə çox bənzər olan "ik yikers" kəliməsindən istifadə etdiyini bildirib. Bütün bunlara əlavə olaraq adı çəkilən şəxsin ifadə etdiyi sözün ciddi bir təhqir olması ilə bərabər təəcüblənmək kimi mənası olduğunu da qeyd etmək yerinə düşər.

YouTubedə video paylaşan Pink Ward, bunun necə olduğunu izah etdi və Twitchin qadağanı qaldırmasını istədi. Ancaq Twitch bunu aradan qaldırmadı. 30 gün gözlədikdən sonra Pink Ward yenidən yayım etməyin əsil  problem olmadığını və həmçinin bütün tərəfdaşlıq imkanlarının alındığına toxundu.

Pink Wardın tam videosunu buradan izləyə bilərsiniz

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır