Google axtarış sistemi və xəbərlər üzərindən nə qədər qazanır

  • 5 gün Əvvəl
  • 239

İnternetdə “bir şey pulsuzdursa məhsul sizindir” deyə fikir var. Google üçün bu proses həqiqətən bir aksiomadır. Xidmətlərini istifadə edən bir çox insanlar var və bu insanlar içərisində reklam göstərmək istəyənlər vasitəsi ilə pul qazanırlar.

Chip.az xəbər verir ki, şirkətin mənfəət mənbələrindən biri də xəbərlərdir. Xəbər saytları və xəbərlər sistemində edilən axtarışlardan qazanc əldə edən şirkət ABŞ-da araşdırma mövzusuna çevrilib. Ölkə daxilində 2000-dən çox mətbuat orqanını təmsil edən Xəbər Mətbuat Assosiasiyası (NMA) internet nəhənginin bu xidmətlərdən nə qədər qazandığını hesablayıb.

NMA-nın prezidenti David Çavernin verdiyi məlumata görə, Google bu xidmətlərdən ümumilikdə 4,7 milyard dollar qazanır. Çavern, qəzetlərin də  bu gəlirdən haqq qazanmalı olduqlarını iddia edir. Chavernin fikirlərini xəbərə çevirən The New York Times sektordakı qəzetlərin ümumi rəqəmsal reklam gəlirlərinin 5,1 milyard dollar olduğunu söyləyib. Başqa sözlə, Google-ın gəlirləri demək olar ki, bütün qəzetlərin ümumi mənfəətinə bərabərdir.

David Çaver : "Xəbərlər, vətəndaş cəmiyyətini idarə edə biləcək, ayaqda saxlayan məzmundur” Oxuculardan tutmuş yazıçılara və siyasətçilərə qədər, məncə, hər kəs anlayır ki, əgər jurnalistika yoxdursa, ölkənin idarəetməsinin  davam etdirilməsi  çox qorxulu sonlana bilər "

Amerika Birləşmiş Ştatlarında böyük texnoloji şirkətlər və mediası arasında əlaqələr sabah müzakirə ediləcək qanun layihəsinin də mövzusudur. Nümayəndələr Palatası Jurnalistika rəqabəti və Jurnalistikanın Mühafizəsi adlı qanun layihəsi üzrə müzakirələr aparacaq və səs vermeyə çıxarılacaq. Bu qanun layihəsi Respublika və Demokrat namizədlər tərəfindən dəstəklənir.

Qanun layihəsi xəbər yayımçıları üçün 4 illik bir anti-etibar azadlığını təmin edir. Yayımçılar gəlir paylaşımı üçün rəqəmsal platformalara qarşı bir masada otura biləcəklər.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır