Samsung ilk G-Sync monitorunu təqdim etdi

  • 11 İyun 2019

Samsungun 250 Hz 27 düymlük əyri oyun monitoru olan CRG5 bu gün E3 2019 konfransında PC Gamer səhnəsində təqdim edildi.

Chip.az xəbər verir ki, Samsung monitorun Nvidia G-Sync ilə uyğun olduğunu bildirib. İyul ayında 399 dollara satışa çıxarılacaq cihaz bir qədər baha olsa da Full HD görüntü imkanı, 240 Hz yeniləmə sürəti və G-Sync uyğunluğu ilə bunu qarşılayır.

Bu qiymət və performans balansı CRG5in digər oyun monitorları arasında fərqlənməsini təmin edir. Əlbəttə, bu monitor üçün ən yaxşı qrafik kartlardan birinə sahib olmağınız lazım gəlir. Xüsusilə yeni nəsil NVIDIA qrafik kartları ilə bu monitor mükəmməl bir performansı təmin edəcək.

Digər sürətli oyun monitorlarından fərqli olaraq CRG5, 3000: 1 kontrast nisbətini təmin edən VA paneline malikdir. Ekran 1500R əyriliyi ilə birləşdirildikdə, oyunlarda yüksək çərçivə sürətinə nail olmağa şərait yaradır.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır