Huaweinin yeni əməliyyat sistemi Mate 30 ilə təqdim oluna bilər

  • 6 gün Əvvəl
  • 370

Huaweinin öz əməliyyat sistemini inkişaf etdirməyə çalışdığı hərkəsə məlumdur. Əməliyyat sisteminin Çində HongMengOS adı ilə tanındığı bir vaxtda OakOS üçün ticari marka haqqında ərizə verildiyi məsələsi də ortaya çıxdı. Çox sayda xəbər Arkos adını belə qeyd edirdi.

Chip.az xəbər verir ki, Global Times qəzetinin bildirdiyinə görə əməliyyat sistemi sözü gedən telefondan əvvəl elan edilə bilər.

Əməliyyat sistemi yüksək ehtimalla Androidin açıq qaynaq versiyasına əsaslanacaq. Yəni Huaweinin mövcud proqramlarından fərqli bir şey ortaya çıxmayacaq. Həmçinin, telefonda Google tətbiqləri olmayacaq, ancaq onları yükləyə bilərsiniz.

Huawei Mate 30un oktyabr ayında təqdimatı gözlənilir. Əgər söz-söhbətlər doğru olarsa şirkətin öz əməliyyat sistemini Mate 30 modelində görə bilərik. İndiki halda istifadəçilərə yalnız gözləmək düşür.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır