Google cihazlarında istifadə olunan materiallar haqqında video yayımladı

  • 10 İyun 2019

Hər il bazara təqdim olunan və təmiz Android əməliyyat sisteminə malik olan ağıllı telefonları ilə ən müvəffəqiyyətli Android təcrübəsini son istifadəçiyə təqdim etməyi məqsəd qoyan Google rəsmi Instagram və Twitter hesabları üzərindən bir sıra paylaşımlar edib.

Chip.az xəbər verir ki, paylaşılan videolarda Google məhsullarında istifadə etdiyi materialları göstərdi.

https://bit.ly/31jSjK5

Cümə günü Google Twitter hesabından yayımladığı video ilə Nest Hub cihazında hansı materialları istifadə etdiyini göstərdi. Cihazın dörd əsas rəngi təbaşir (ağ), kömür (qara), Aqua (yaşıl) və qum (çəhrayı) pərəstişkarlarından müsbət rəy aldı.

https://bit.ly/2KeHN1t

Twitter hesabında paylaşılan məzmunda Google Pixel 3-lərin əyri ekranlarına və cihazların yumşaq səthlərinə toxunub. Şirkət tərəfindən bu gün paylaşılan videoda isə Pixel tableti kimi tanınan Pixel Slatenin uğurlu dizaynı yer alıb.

https://bit.ly/2ZfjUtU

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır