TENAA-nın məlumatlarına görə Huawei P30-un yeni bir modeli üzərində işləyir.
Chip.az xəbər verir ki, telefonun "ELE-AL00m" adı ilə təqdim olunması gözlənilir. TENAA saytında qeyd olunan xəbərə görə növbəti yeni model istifadəçilərə 12 GB RAM özəlliyi ilə təklif edəcək. Cari P30 seriyası maksimum 8 GB-ə qədər RAM və 256 GB-a qədər yaddaş saxlanlımasını təmin edirdi.

Yeni cihazın digər bazarlarda da yer alacağı hələki dəqiq deyil. Hazırda Huaweinin üzləşdiyi çətinliklərdən dolayı məhsul yalnız Çin bazarında satışa çıxarıla bilər.
P30 modeli iki kameranın eyni anda işləməsinə imkan verən Dual-View Video təqdim edən bir yeniləmə almışdı. TENAA qeydlərindəki telefonun yeganə fərq olaraq cihazın RAM tutumunun artırılması göstərilir.
Aida İSAQ