ABŞ Huaweiyə qarşı sanksiyalara son qoya bilər

  • 10 İyun 2019

ABŞ-ın Maliyyə Naziri Mnukin bazar günü verdiyi açıqlamada "Çinlə ticarətə davam edərsək Çindən də bu istiqamətdə normal münasibət görsək , Huaweiyə qarşı sanksiyalar müəyyən qədər nəzərdən keçirilə bilər. Ancaq milli təhlükəsizlik mövzusunda sanksiyalar davam edəcək" –deyə bildirib.

Chip.az xəbər verir ki, ABŞ may ayında ölkə şirkətlərinin texnologiyalarını xarici şirkətlərə satmalarını və milli təhlükəsizliyi riskə atan kommersiya şirkətləri ilə əlaqəni qadağan edən qanun qəbul etmişdi. Huawei bu qanundan sonra ABŞ kəşfiyyat birliyi tərəfindən uzun müddət ciddi sanksiyalara məruz qaldı. Bu qanuna əsasən, ABŞ-da fəaliyyət göstərən şirkətlər Huaweiyə hissələri və proqramları satmağı dayandırdılar. Nəticədə ABŞ və Çin arasında ticarət müharibəsi daha da gərginləşdi.

ABŞ və Çin arasında ticarət müharibəsi hələ də davam edir. Lakin Trump keçən həftə Çin ilə ticarət razılaşmasında Huaweinin böyük rol oynadığını qeyd edib. Çin isə bunun bir müzakirə hiyləsi olduğunu və Amerika Birləşmiş Ştatlarının dominant xarakter oynamağa çalışdığını söyləyib. ABŞ maliyyə katibi Mnukin  isə "Çin razılaşma yolu ilə davam etmək istəyirsə, biz müəyyən şərtlərlə razılığa gəlməyə hazırıq. Əks təqdirdə isə prezident Trump bu sanksiyalarla davam etməkdən çox məmnun olacaq”-deyə açıqlama verib.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır