Mercedes-Benz ən güclü dördsilindrli mühərriki təqdim edib

  • 08 İyun 2019
  • 214

Mercedes-AMG bölməsi seriya avtomobilləri üçün nəzərdə tutduğu ən güclü dördsilindrli turbomühərriki təqdim edib.

Chip.az xəbər verir ki, yeni mühərriki 45 indeksinə malik olan AMG modellərinin kapotunun altında yerləşdiriləcəkdir. Yeni 2,0-litrlik mühərrik M139 indeksinə malikdir. Güc aqreqatı 387 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edir. S indeksi ilə işarələnəcək avtomobillərdə mühərrikin hasilatı 421 at qüvvəsi və 500 Nm təşkil edəcəkdir. Mühərrik 7200 dövr/dəqiqəyə qədər sürətlənə bilir. Müsayisə üçün, əvvəlki M133 aqreqatı 381 at qüvvəsinə və 475 Nm-ə malik idi. Yeni mühərrik ikiaxınlı turbokompressorla təchiz olunub ki, bu kompressor elektronika ilə idarələnən öncədən buraxılış klapanına malikdir. Ən maraqlısı odur ki, bu mühərrikdə giriş sistemi öndə, turbokompressor və buraxılış kollektoru isə arxada quraşdırlıb. Bundan başqa, mühərrik elektrik su nasosuna, sərt hissəciklər filtrinə və start-stop sisteminə sahib olub. 

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Telefonlar

Huawei-nin EMUI 9.1-i yayacağı smartfon siyahısında 49 cihaz yer alır

Chip.az bildirir ki, Huawei EMUI-nin yeni 9.1 versiyasının hansı model ağıllı telefonların alacağını göstərən siyahını bu gün t

Youtubedan iphone XS və XS Maks üçün HDR dəstəyi!

Bildiyiniz kimi Apple, Youtube kodeklerini istifadə etməyi o qədər də üstünlük verməsə də, populyar video oynatma platforması yeni iphone istifadəçilərinə maraqla gözlənilən d

İki Kameralı HTC U12 Lifeın Texniki Xüsusiyyətləri Sızdırıldı


Android Authority tərəfindən gətirən marketinq materiallarına görə Tayvan mərkəzli çoxmillətli ağıllı telefon istehsalçısı HTC, yeni bir orta səviyyə ağıllı telefon

Huawei bu il alternativ əməliyyat sistemləri təqdim etməyə hazırlaşır

“Google”, “Microsoft”, “Intel” kimi böyük şirkətlərlə problem yaşayan “Huawei” smartfon və dizüstü kompüterlər üçün xüsusi əməliyyat sistemi hazırlayacaql

Oppo Reno-nun 10x kamera ilə çəkilən şəkillər yayımlandı

Chip.az bildirir ki, Venkatesh Babu.G adlı Twitter istifadəçisi Oppo-nın yeni ağıllı telefonu olacaq Reno