Google Huaweiyə görə ABŞ Hökumətinə qarşı çıxır

  • 08 İyun 2019

Huawei modellərində Android lisenziyasının dayandırılması sözü gedən şirkətin bir çöküş yaşayacağı fikrini formalaşdırmışdı.

Chip.az xəbər verir ki, bunlara baxmayaraq Huawei  telefonlarında öz əməliyyat sistemlərini təqbiq etməsi Googleyə çox zərər verə bilər.

Financial Times-ə görə  Google Huaweinin qara siyahıdan çıxarmaq üçün ABŞ hökumətini sıxışdırır və Huawei ilə ABŞ-ın lisenziyası olmadan işləmək istəyir. Googleyə görə Huaweinin qara siyahıda olması ABŞ milli təhlükəsizliyi ilə əlaqəlidir.

Google Huaweinin ABŞ şirkətləri ilə əməkdaşlıq etməməsinin Çin şirkətinin müstəqil texnologiyaları inkişaf etdirməsi üçün yol açacağını düşünür. Bu da ABŞ şirkətlərinin sektordakı üstünlüyünü sonlandıracaq. Bu proses gələcəkdə digər Çin şirkətlərinə də təsir göstərəcək. Bununla da üstünlüyü əldən vermək istəməyən Google ABŞ hökuməti ilə üz-üzə gəlməyi gözə alıb.

Aida İSAQ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır