Rusiya prezidenti ABŞ-ın Huawei sanksiyalarına qarşı çıxış edib

  • 08 İyun 2019

Huawei istiqamətində davam edən gərginlik Rusiya prezidenti Vladimir Putin ilə yenidən gündəmə gəldi.

Chip.az xəbər verir ki, Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı çıxışında Huawei-yə tətbiq edilən ABŞ sanksiyalarından danışıb. “Onlar Huaweini dünya bazarından çıxarmaq üçün bir səy göstərirlər. Bəziləri bunu texnoloji müharibə adlandırır”-deyə bildirən Putin mövcud qlobal iqtisadi əlaqələrin hazırda böhran içində olduğunu söyləyib.

Qlobal iqtisadi problemlərin 28-29 iyun tarixlərində keçiriləcək G20 tədbirində həll edilməsinin lazım olduğunu qeyd edən Rusiya prezidenti ABŞ-ın digər ölkələrə təzyiq tətbiq edərək öz istəklərini yeritməyə çalışmasına artıq son verməyin lazım olduğunu vurğulayıb.

ABŞ ötən ay Huaweini qara siyahıya saldı və nəticədə ABŞ və Google kimi şirkətlər Huaweidən məhsullarını geri götürdilər. Bu proses Huaweiyə yeni qərarlar qəbul etməyə həm də iki ölkə arasında sabit münasibətləri daha pis vəziyyətə gətirib çıxardı. Son günlərdə zəifləyən bu gərginlik G20 tədbirində iki ölkə arasında razılığın əldə olunması gözlənilir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır