Uber yeni helikopter təqdim edib

  • 08 İyun 2019

Xidmətləri ilə nəqliyyat sektoruna böyük yeniliklər gətirib çıxaran Uber artıq helikopter nəqliyyatına keçid etməyə hazırlaşır.

Chip.az xəbər verir ki, tezliklə sınaq uçuşları ABŞ-da Manhatten və John F. Kennedy Beynəlxalq Hava Limanı arasında 8 dəqiqəlik müddət ərzində gerçəkləşdiriləcək. Uber Copter adlandırılan bu yeni xidmət hələki müəyyən edilən ərazilər arsında həyata keçiriləcək. İstənilən yerdən olan müştərilər helikopterə Uber tərəfindən çatdırılacaq və bir sərnişin üçün 8 dəqiqəlik uçuşun müddəti təxminən yarım saat çəkəcək. Tıxac şəraiti nəzərə alındıqda bu proses təxminən bir saat davam edəcək. Bu xidmət üçün qiymət standart Uber qiymətlərindən daha yüksək olacaq. Müvafiq olaraq, müştəri nəzərdə tutulan marşrut üzrə bir nəfər üçün 200-225 dollar arası ödəniş edəcək.

Bundan başqa Uber Copter müştərilərinə 18 kiloqramlıq əl baqajı və 40 kiloqramlıq böyük baqaj gətirmək imkanı veriləcək. Uber aviasiya strategiyasının lideri Erik Allison bu mövzuda bəzi açıqlamalar verib. Allison şirkətin vertolyot xidmətinin təqdimatına tələsməyəcəyini, bu xidmətin sistematik bir şəkildə olması üzərində işlərin aparılacağını qeyd edib.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır