Məşhur şəkil və video paylaşım platforması olan Instagrama böyük bir yenilik gəlir.
Chip.az xəbər verir ki, daha əvvəl sınaqdan keçirilən mahnı sözləri olan xüsusiyyət istifadəçilərə təqdim edilmişdir. Bu yenilik sayəsində istifadəçilər öz hekayələrinə mahnı sözlərini əlavə edə bilirdilər.

Bu xüsusiyyət şirkətin rəsmi Twitter ünvanı vasitəsilə elan edilib. İstifadəçilərin hekayələrinə mahnı sözləri əlavə edərək hisslərini daha yaxşı şəkildə ifadə edə biləcəkləri qeyd olunub. Instagram tərəfindən paylaşılan tweet
https://bit.ly/2wFp8D7
Ancaq bu xüsusiyyət hazırda məhdud çərçivədə istifadə olunur. Bu hər bir mahnının sözlərinin hekayələrə əlavə oluna bilməyəcəyi deməkdir. Bundan başqa Instagramın önümüzdəki günlərdə xüsusiyyətin dəstəklədiyi mahnıların sayının artırılması gözlənilir.
Aida İSAQ