Huawei Telefonlarda WhatsApp, Instagram ve Facebook olmayacaq

  • 07 İyun 2019
  • 375

Trump rəhbərliyi tərəfindən verilən açıqlamadan sonra ilk olaraq Google şirkəti Huaweinin Android lisenziyasını ləğv etdiyini açıqlamışdı.

Chip.az xəbər verir ki, bu hadisədən dərhal sonra Intel və Qualcomm Çin texnologiyası istehsalçısı Huawei ilə olan müqavilələrin dayandırıldığı cip satışının dayandırıldığını bildirmişdi. Bu proseslərin geişatı zamanı  Huawei boş qalmadı və öz əməliyyat sistemləri üzərində çalışdıqlarını bəyan etdi. Trump sözü gedən məsələ barəsində heç vaxt yumşalmamış və münasibətini daha da ağırlaşdırmışdır. Son nöqtədə Huaweiyə sanksiya tətbiq edən qurumlar sırasına növbəti şirkət qatıldı. Belə ki, Mark Zuckerberq Facebookun Huaweiyə sanksiya tətbiq edəcəklərini  vurğulayıb.

Huawei öz əməliyyat sistemini yaratmaq üçün işə davam etsə də, əslində, Facebookun bu hərəkəti Huawei tərəfindən inkişaf etdirilən əməliyyat sistemininin təkbaşına gözlənilən nəticəni verməyəcəyini göstərir. Facebookdan verilən açıqlamaya görə Huawei modellərində Facebook, Instagram və WhatsApp tətbiqləri  mövcud olmayacaq. Bu sanksiya tətbiq edilərsə Huawei istifadəçiləri Facebook, Instagram və WhatsApp proqramlarını yükləyə bilməyəcək. Bu o deməkdir ki, dünyanın ən populyar proqramları Huaweidə təqdim olunmayacaq. Amma hazırda bu tətbiqlərin mövcud olduğu Huawei telefonlarının istifadəçiləri bu təsirə məruz qalmayacaqlar, tətbiqlərdən həmişəki formada yararlana biləcəklər. İstifadəçilər eyni zamanda tətbiqlərin bütün yeniləmələrini də almağa davam edəcəklər.

Bu sanksiya qərarı ilə əlaqədar Huaweidən hələki heç bir şərh verilməyib. Amma bu prosesin Huaweini küncə sıxışdırmaq üçün bir addım rolu oynuyacağını göstərir. İndi gözlər Huaweinin üzərindədir. Bu arada bir neçə həftə əvvəl Huaweiyə Googlenin sanksiyası haqqında olan videosunu izləyə bilərsiniz.

https://youtu.be/RrhenobC1O0

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır