Telefonunuzda basdığınız düymələrin səsi ilə şifrələri öyrənmək mümkün olacaq

  • 07 İyun 2019
  • 287

İngiltərənin Cambridge və İsveçin Linköping universitetindən olan tədqiqatçılar smartfon ekranlarında hərəkət zamanı çıxan səsləri dinləyərək şifrələrin müəyyən oluna biləcəyi haqqında məqalə dərc ediblər.

Chip.az xəbər verir ki, bu sistem tamamilə səhvsiz deyil amma sınaq müddətində dörd rəqəmli şifrələrin yarısından çoxunu düzgün şəkildə proqnozlaşdırıb.

Məqalə hələki hakimlər tərəfindən yoxlanılmamışdır. Lakin tədqiqat üçün Cornell Universitetinin veb saytında dərc edilmişdir.

İnsanlar telefon və ya tablet ekranına toxunduqda səs dalğaları yaradırlar. Bir çox cihazlarda da mikrofonlar yer alır. Tədqiqatçılar cihazların mikrofonlarını şifrə yazarkən çıxan səslərə görə öyrəniblər. Hansı mikrofonunun səsini öncə duyduğundan asılı olaraq proqram parolu müəyyən edir. Bir saniyədən daha az davam edən bu gecikmə səsin mənbəyini yerləşdirməyə imkan verir.

Sistem sınaq zamanı 10 cəhddən sonra parolları müəyyən etdi. Dörd rəqəmli parolların 73% -i doğru olub. Başqa bir testdə 7-13 simvol arasında parolların nə dərəcədə təhlükəsiz olduğu araşdırıldı. Sistem bu parollarda 30% müvəffəqiyyət əldə etdi.

Bu sistemi istifadə etmək istəyən hakerlər ilk növbədə öz zərərli proqramlarını yükləməlidirlər. Bu proqramın mikrofona daxil olmasına icazə verilmirsə parolları almaq mümkün olmur. Tədqiqatçıların fikrincə, bu texnikanın real həyatda istifadə olma ehtimalı yoxdur.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Samsung yanğın söndürmə xüsusiyyətinə malik Firevase adlı güldanı təqdim etdi

Böyük bir texnologiya şirkəti olmaq, keyfiyyətli texnoloji məhsulları yalnız satışa buraxmaq deyil. Bir şirkətin böyük edən şey alıcıların həyatlarına özünü yaxın hiss et

Facebook və Instagramda yeni qadağa

Facebook və Instagram reklam yerləşdirənlərin ən çox üstünlük verdiyi platformalardır. Böyük bir kütləyə sahib olan Facebook və ya Instagrama reklam yerləşdirməklə mily

İnternet istifadəçilərinin sayı artır (rəsmi statistika)

Statista onlayn statistika portalında yayımlanan hesabatlardan alınan məlumatlara görə, dünyada internet istifadəçilərinin sa

NASA Şamaxı rəsədxanasından istifadə edir – Rəsmi

Bunu Trend-ə NASA-nın günəş-yer fizikası departamentinin rəhbəri Nat Qopalsvami deyib.

On

Nəfəs kəsən qorxu filmi Crawl-ın fraqmentləri yayımlandı

Chip.az xəbər verir ki,  cəhənnəm qorxusunu canlandıran film “Paramount Pictures” tərəfindən 12 iyulda kinosevərlərə təqdim ediləcək.

Florida əyalət