Futbol meydanına daxil olan qadının əsl məqsədi bəlli oldu

  • 07 İyun 2019

İyun ayının 1-də Tottenham və Liverpul arasında keçirilən Çempionlar liqası final matçında 18 dəqiqə ara verilmişdi.

Chip.az xəbər verir ki, üzərində cinsi məzmunlu sayt reklamı olan paltarla meydana girən bir qadın matçın dayandırılmasına səbəb olmuşdu. Wolanski bundan sonra Instagramda yüz minlərlə izləyici qazanmışdı.

Wolanskinin bu prosesdən tək qazanan tərəf deyil. İddialara görə gənc qadının sevgilisi sözü gedən sayta 4 milyon dollarlıq reklam gəlirini qazandırıb. Veb saytın sahibinin isə Wolanskinin sevgilisi Vitaly Zdorovetski olduğu deyilir.

YouTuber kimi fəaliyyət göstərən Vitalynin saytındakı istifadəçi sayı çempionlar liqasının finalından bu yana üç dəfə artaraq 32 milyona çatıb.

Adətən kimsə bu sahəyə daxil olduqda insanların şəkillərini ekranda  göstərmək qadağandır. Digər tərəfdən isə biz internet dünyasında yaşayırıq və insanların əlində son dərəcə inkişaf etmiş qurğuları var. Onun şəkillərinin anında internetə yayıldığı vaxtda Instagram profili dərhal həm də onun kim olduğu ortaya çıxardı. Kinsey Wolanski daha sonra sosial media hesabını bağlamışdı.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır