Instagrama tək parolla giriş xüsusiyyəti gəlir

  • 04 İyun 2019

“Facebook”un sahibləndiyi və son illərdə ən populyar sosial media platformalarından biri olan “Instagram”  yeni bir xüsusiyyəti tətbiq etməyə hazırlaşır.

Chip.az xəbər verir ki, yeni xüsusiyyət sayəsində bir çox “Instagram” hesabı olan şəxslər bütün hesablarına bir parol ilə daxil ola biləcəklər. “Instagram”ın bir araya gətirəcəyi yeni xüsusiyyət ilə, istifadəçilərin işi daha da asanlaşacaqlar.

 

“Instagram”ın bu xüsusiyyətini ilk dəfə olaraq sosial media platformalarında etdiyi araşdırma ilə tanınan Matt Navarra elan etdi. Navarra bu məlumatı Twitter vasitəsi ilə yayımlayıb.

Instagram səlahiyyətlilərindən bu yeniliyin detalları haqqında detallı məlumat hələki verilməyib. Hazırda yalnız hesabların bir-birinə bağlana biləcəyi və bütün hesabların tək parolla idarə olunacağı məlumdur. Ancaq bu istiqamətdə hər hansı bir məhdudiyyətin olub-olmayacağı, sözü gedən  xüsusiyyətin istifadəçilərin ixtiyarına nə vaxt veriləcəyi və hesab sahiblərinin neçə müxtəlif hesabdan yararlana biləcəyi sual altındadır. Istənilən halda şirkətdən gələn açıqlamaları gözləmək lazımdır.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər