Hesab.az sosial layihələrə dəstək olur

  • 04 İyun 2019
  • 174

GoldenPay şirkəti- Hesab.az olayn ödəmə portalı hər zaman sosial məsuliyyətli və xeyriyyə məqsədli layihələrə dəstək olur, mümkün reklam kanalları vasitəsi ilə işıqlandırmağa çalışır.

Chip.az xəbər verir ki, həm təhsillə bağlı, həm də ictimai mövzulara həssas reaksiya göstərərək bu mövzularda da, onlayn ödəmə şirkətləri arasında lider olduğunu bir daha sübut etmiş olur. Öncədən də qeyd etdiyimiz kimi, Hesab.az “ASAN Məktub” layihəsinə kommunikasiya dəstəyi göstərir. Hesab.az –ın “ASAN Məktub”- a növbəti dəstək layihəsi çərçivəsində Hesab.az- da qeydiyyatlı istifadəçilər ödənişlər zamanı topladıqları bonuslarını Dərhal dəyiş bölməsində “ASAN Məktub”-a dəstək üçün dəyişdilər. Hesab.az-ın istifadəçiləri ilə birlikdə dəyişdiyi 100.000.000 bonus sayəsində 1000 AZN məbləğində Asan Məktubda uşaqların ehtiyacları qarşılandı. Artıq uşaqlar hədiyyələrinə qovuşdular. Hesab.az komandası 1000 AZN məbləğində hədiyyələri alaraq “ASAN Məktub”- un rəsmi saytına əlavə edilən uşaqların  arzularının bir qismini reallaşdırmış oldular.

Hesab.az eyni zamanda, kiçik Milanaya və Xəqaniyə dəstək olmaq məqsədiylə öz sosial media kanalları vasitəsiylə istifadəçilərinə müraciət etmişdir. GoldenPay şirkətinin İdarə Heyətinin Sədri Naina Mehdiyeva bildirib ki, uşaqların üzlərindəki sevinc və gülüşə səbəb olmaq Hesab.az komandası üçün çox qürur verici hissdir. “ASAN Məktub”- un rəsmi saytında əlavə edilən arzuların reallaşmasına görə hər bir Hesab.az istifadəçisinə təşəkkür edirik. Biz həm “ASAN Məktub” layihəsinə həm də,  digər xeyriyyə məqsədli layihələrə dəstək olaraq ictimai məsuliyyətimizi dərk edir və bu yöndə əlimizdən gəldiyi qədər cəmiyyətə faydalı olmağa çalışırıq. Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb.

Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. 2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Programlar

Sosial yardımla bağlı e-müraciət proseduru sadələşdirilir!

Ünvanlı dövlət sosial yardımın alınması üçün aztəminatlı ailələr tərəfindən elektron qaydada müraciət proseduru sadələşdiriləcək.

Bu barədə <

“Twitter” 70 milyon hesabı blok etdi

“Twitter” sosial şəbəkəsi may ayından 70 milyondan çox saxta və şübhəli hesabı bağlayıb.

ichip.az “The Wa

Twitter paylaşımlarını redaktə etmək mümkün olacaq

Chip.az bildirir ki, bu barədə Nyu-Dehlidə keçirilmiş konfransda sözügedən sosial şəbəkənin direktoru Cek Dorsi ona ünvanlanan sualları cavablayarkən bildirib.

Dünyanın ən bahalı şirkətinin adı açıqlandı

“Apple” şirkətinin bazar kapitallaşması bir trilyon dolları ötüb.

Chip.az xəbər verir ki, bu, tarixdə rekord göstəricidir. 

Avqustun 1-də “Appl

Instagram istifadəçilərinin diqqətinə: Bu tətbiq yerinizi müəyyən edir!

Instagram-da izləyicilərinizin sizin yerinizi müəyyən edən naviqasiya sistemi istifadəyə verilib. Tətbiq istifadəçilər tərəfindən həm