Qar dənələrindən elektrik enerjisi istehsal edən cihaz icad edilib

  • 04 İyun 2019

Alimlər qar dənəsində mövcud olan müsbət yüklərdən istifadə edərək elektrik enerjisi istehsalının yolunu müəyyən ediblər.

Chip.az xəbərverir ki, Kaliforniya Universitetinin alimləri düşən qar dənəsindən elektrik enerjisi istehsal etməyə nail olublar.

Alimlər hesab edirlər ki, belə bir cihazın inkişafı portativ meteoroloji stansiyalarda güc vermək məqsədi ilə istifadə edilə bilər. Tədqiqatçılar həmçinin qar fırtınaları zamanı istifadə edilə bilməyən günəş enerjisinin əvəzinə bu metoddan yararlana biləcəklərini bildiriblər.

 

Snow TENG adlanan bu cihaz, müsbət və mənfi yüklərin toqquşması ilə enerji çıxarmaq prinsipi ilə işləyir. Qarda mövcud olan pozitiv yük silikonda aşkar edilən mənfi yüklərlə vurulduqda kiçik elektrik partlayışları baş verir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır