Elon Musk Ride the Lightning ilə olan reportajda “İndiki planımız Fremontda Model Y istehsal etməkdir” deyə bildirib.
Chip.az xəbər verir ki, “Əvvəlcə bunun məntiqsiz bir qərar olub-olmadığına şübhə edirdim amma komanda məni istehsalın Fremont-da ən sürətli şəkildə həyata keçiriləcəyinə inandırdı” sözlərinə əlavə edib.
İndiyə qədər yeni modelin Kaliforniyada və ya Nevadada istehsal olunacağı bəlli deyildi. Hazırda Fremont 2 Model 3”, “Model S” və “Model X”ın istehsalına ev sahibliyi edir. Teslanın Nevadadakı zavodu isə vasitələr üçün pil paketləri və sürücü modulları istehsal edir. Tesla ötən il Fremontda 250 mindən çox avtomobil istehsal edib və 10 mindən çox işçiyə sahibdir. Bu baxımdan qərara təsir göstərə biləcək bir vəziyyət olduğu görünür.
Musk Podcast üzərindəki “Model Y”nin Model 3-dən 8% -10% -ə qədər az hissələrə sahib olacağını söylədi. “Model Y” istəkdən asılı olaraq 7 nəfərə qədər sərnişin tutumuna malik olması dolayısıyla əgər avtomobilin böyük olduğunu düşünsək, bu azalma məqbuldur. “Model Y”nin istehsalının 2020-ci ilin sonlarında başlanması gözlənilir. Modelin satış qiymətinin 48 min dollar səviyyəsində olacağı gözlənilir.
Aida İSAQ