Azərbaycanda ilk üzən elektrik stansiyası inşa edilir

  • 04 İyun 2019
  • 347

İspaniya Sənaye, Ticarət və Turizm Nazirliyi yanında İxrac və İnvestisiyalar Komitəsi öz portalında "İspaniya şirkəti Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda ilk üzən günəş elektrik stansiyası inşa edir" sərlövhəli məqalə yerləşdirib.

Chip.az xəbər verir ki, məqalədə Azərbaycan iqtisadiyyatını şaxələndirmək məqsədi ilə alternativ enerji istehsalı sahəsində addımlar atmağa davam edir. Azərbaycan Energetika Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında Böyükşor gölündə fotoelektrik enerjisi istehsalı üçün təcrübi qurğunun tikintisi haqqında saziş bu baxımdan ən son nailiyyətlərdən biri olduğu qeyd edilib.

Üzən günəş elektrik stansiyasının tikintisi layihəsi 2018-ci ilin iyulunda elan edilib.

İspaniyanın fənlərarası, məsləhət, idarəçilik xidmətləri göstərilməsində ixtisaslaşan qlobal konsaltinq şirkəti "EQO-NIXUS" 2,6 milyon avro məbləğində müqavilə ötən ilin sentyabrında imzalanandan sonra bu layihənin həyata keçirilməsinə cavabdehdir. Asiya İnkişaf Bankının bəyanatında deyilir ki, bu məbləğ Azərbaycanla bərabər, Əfqanıstan və Qırğızıstan arasında bölüşdürüləcək. Həmin ölkələrdə də günəş elektrik stansiyaları tikiləcək. Bu ölkələrin hər birində layihənin icrası 2021-ci il üçün başa çatmalıdır. Bu zaman generasiya gücü 100 kilovata çatdırılmalıdır.

Bu elektrik stansiyası enerji təhlükəsizliyi məqsədinə xidmət edən Asiya İnkişaf Bankı üçün böyük maraq kəsb edən Azərbaycan ərazisində "təmiz energetika"nın inkişafına güclü təkandır.

Chip.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Huawei, əsas korpusunun görüntülərini mediada paylaşdı

Google-nin Mountain View-dəki Googleplex tədris korpusunu, ya da Apple-nin Cupertino-dakı Apple Park 2 tədris korpusunu sos

Fantastic Beasts-ın üçüncü seriyasının təqdim olunacağı tarix bəlli oldu

Chip.az xəbər verir ki, rəsmi məlumata görə, “Fantastic Beasts 3” 12 Noyabr 2021-ci ildə yayımlanacaq. Warner Bros “Fantastic Beasts”ın üçüncü seriyasının

Sinxron tərcümə edən qulaqlıqlar satışa çıxarılacaq

 Chip.az bildirir ki, WT2 adlı simsiz qulaqlıqlar görünüşcə AirPods-a oxşardır. İstifadəçi əcnəbi şəxslə dan

Xərçəngin yeni müalicə üsulu: xəstəliyə qarşı dərmanı toyuqlar yumurtlayacaq

Qeyd edək ki, son vaxtlar genetik dəyişikliklərlə bağlı çoxlu informasiya yayımlanır. Chip.az bildirir ki, bu dəfə ki, xəbər isə xərçəngi müalicə edən yumurt

Bakutel çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Cari ilin 4-7 dekabr tarixlərində baş tutacaq “Bakutel-2018” 24-cü Azərbaycan  Beynəlxalq  Telekommunikasiya,  İnnovasiya  və Yüksək Texnologiyalar  sərgi-konfransı ç