Azercell yeni tarif paketlərini təqdim edir

  • 04 İyun 2019
  • 181

“Azercell Telekom” MMC abunəçilərinin istifadəsinə yeni “Sərbəst10”, “Sərbəst15”, “Sərbəst25”, “Sərbəst50” və “Sərbəst75” tarif paketlərini təqdim edir

Chip.az xəbər verir ki, rəqəmsal dünyanı müştəriləri üçün daha əlçatan etməyi hədəfləyən Azercell bu dəfə abunəçilərini bir çox imkanları özündə birləşdirən yeni “Sərbəst” tarif paketi ilə sevindirir.

Yeni “Sərbəst” tarif paketi internet və danışıq xidmətlərinin aktiv istifadəçilərinə əlverişli qiymətlərdən yararlanaraq, rabitə xərclərinə qənaət və tam rahatlıq əldə etmək imkanı təqdim edir. “Sərbəst” tarif paketi Azercell abunəçilərinə bir tarif paketi çərçivəsində pulsuz danışıq dəqiqələri və internet, Whatsapp, Facebook messenger, Telegram, Viber, Twitter mobil tətbiqləri vasitəsilə pulsuz yazışma imkanı və hətta Facebook, Instagram və Youtube mobil tətbiqlərindən pulsuz istifadə fürsətini təklif edir.

“Sərbəst” tarif paketlərinə qoşulmaq qaydası çox sadədir: Fakturasız Xətt abunəçiləri müvafiq açar sözünü 7575 qısa nömrəsinə, Fakturalı Xətt abunəçiləri isə 650 qısa nömrəsinə göndərə bilərlər.

 

azercell-telekom-mmc-abunecilerinin-istifadesine-yeni-serbest10-serbest15-serbest25-serbest50-ve-se

Qeyd edək ki, “Sərbəst” tarif paketinə ilk dəfə qoşulan Fakturalı Xətt abunəçilərinə 50% endirim təqdim edilir.

Sizə ən uyğun “Sərbəst” tarif paketini seçin və sevdiklərinizlə ünsiyyətinizə sərhəd qoymayın!

Əlavə məlumat üçün aşağıdakı səhifələrə daxil olun:

https://www.azercell.com/az/personal/tariffs/prepaid/serbest/

https://www.azercell.com/az/personal/tariffs/postpaid/serbest_postpaid/

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz         

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49?zar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır