IEEE Huawei qadağasını geri götürdü

  • 03 İyun 2019
  • 170

Elektrik və elektron mühəndisləri İnstitutu (IEEE) tərəfindən “Huawei”yə qadağa qərarı qəbul edilmiş və nəticədə elm adamları ikiyə ayrılmışdı.

Chip.az xəbər verir ki, verilən açıqlamalarda IEEE üçün çalışan alimlərin “Huawei” ilə bağlı yazı yazmaması qeyd olunaraq bunun hüquqi nəticələrinin olacağı vurğulanmışdı. Bu hadisə alimlər tərəfindən böyük bir reaksiya ilə qarşılandı. Hətta bəzi tədqiqatçılar işlərini buraxdıqlarını açıqladılar. IEEE bu gün “Huawei” ilə bağlı qadağanının aradan qaldırıldığını elan etdi.

IEEE ABŞ Ticarət nazirliyi ilə aparılan danışıqların nəticəsində belə bir qərarın qəbul edildiyi bildirilərək məsələnin detallarına toxunulmayıb. Təşkilatın verdiyi açıqlamalarda həm istifadəçiləri həm də özlərini müdafiə etmək üçün bu qərarın alındığı qeyd olunub.

ABŞ-da yerləşən və siyasi risk məsləhət şirkəti “Eurasia Group”un səlahiyyətlilərindən olan Paul Triolo bu qərarın qəbul olunması ilə əlaqədar açıqlama verib. Triolonun sözlərinə görə, IEEE-nin bu qadağanın aradan qaldırılmasının əsas səbəbi ABŞ-ın “Huawei” ilə bağlı bir sıra qadağalarının tətbiqini uzatması idi. Triolo ABŞ-ın tətbiq etdiyi bu qadağalarla yaxından tanış olduğunu qeyd edərək  IEEE-nin bu qərarının Trump rəhbərliyinin uzatma qərarı ilə uyğun və davamlı olduğunu söyləyib.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Mina əleyhinə robotlarla təchiz edilən katerlər hazırlanıb

“Octopoda” layihəsi çərçivəsində yaradılan katerlər barədə “MAURIC” və “ECA Group” şirkətlərinin rəsmi nümayəndələri məlumat veriblər.  

Sanksiyalara rəğmən Huawei gəlirlərini 23,2 faiz artırdı

Çinin texnologiya istehsalçısı Huawei, ABŞ-ın sanksiyalarına baxmayaraq, ilin ikinci rübündə 32,2 milyard dollar gəlir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin komandası şahmat turnirində birinci oldu

Chip.az xəbər verir ki, Turnir Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Vüqar Həşimov Şahmat Akademiyasının, "Buta Palace" kompleksinin təşkilat

İphone-lərdə səhvləri aradan qaldıran sistem : Joyoshare UltFix

Chip.az xəbər verir ki, "Apple" əməliyyat sistemi olan iOS-larda da bu proqram problemlərinə rast gəlinir.  “Apple” bu səhvləri kökdən aradan qaldırmaq üçün x

Bu bölgə sakinləri 7 saat internetsiz qalıb

Balakən rayonunda 7 saat müddətində internet olmayıb. 

Chip.az bildirir ki, bu informasiyanı Azərbaycan İnternet Forumu