Niantic Apple Watch üçün Pokemon Go dəstəyini dayandırdı

  • 03 İyun 2019

 “Pokemon GO”nun sahibi “Niantic” “Apple Watch”a dəstəyi  dayandıracağını açıqladı.

İyulun 1-dən etibarən tətbiqin artıq “Apple Watch”a qoşulması mükün olmayacaq.

Chip.az xəbər verir ki, şirkət 2016-cı ilin sentyabr ayında proqramı elan edərək bir neçə ay sonra təqdim etdi. İstifadəçilər tam oyun saatlarında oynaya bilməsələr də saatlarını telefonlarına qoşduqda bir yumurta üçün nə qədər gəzməli olduqlarını, nə qədər xal qazandıqlarını və əgər yaxınlıqda bir pokemon varsa saatdan xəbərdarlıq ala bilməsini təmin edə bilirdilər.

Şirkət “Watch” proqramının dəstəklənməsini keçən il elan etdikləri “Adventure Sync” səbəbiylə dayandırmağa qərar verdi. “Adventure Sync” oyunçuların nə qədər addım atdığını oyun açıq olmasa belə “Apple Watch”da olduğu kimi arxa planda sayçağı bacarır.

 

Şirkət oyunçuların iki cihazdan istifadə etməsinin və oyunçuların gameplay formatlarını iki ayrı qurğuya bölmək məcburiyyətində qalmalarının lazımsız olduğunu bildirib .

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər