Foxconn Huawei telefonlarının istehsalını dayandırır

  • 03 İyun 2019

“Huawei”  ABŞ-ın qara siyahısına daxil olduqdan sonra ABŞ şirkətləri ilə əməkdaşlıq baxımından böyük problemlər yaşayır.

Chip.az xəbər verir ki, bu kontekstdə şirkətin “Google”dən çip istehsalçılarına qədər bütün ABŞ tərəfdaşları ilə əlaqələri kəsməkdə sürətli davranmışdı.

“Huawei” bu problemləri öz yolu ilə və Aptoide ilə “Play Store”ni əvəz etmək üçün çalışsa da, dünyadakı etibarlılığı qazanmaq məsələsində vəziyyət bir qədər fərqlidir. Yeni məlumatlara görə, “Foxconn” “Huawei” cihazlarının istehsalını dayandırdı. Xəbərlərə görə “Huawei” “Foxconn”a istehsal etməsi lazım olan cihazların sayını azaltmağı tələb etdi. Ancaq Tayvan istehsalçısı tamamilə istehsalını dayandırdı.

Bu məlumatlara əsaslanaraq şirkətin həlli səyləri müştəriləri və tərəfdaşları razı salmayacağını söyləyə bilərik. Əslində bu prosesin aradan qaldırılmasını asanlaşdırmaq üçün şirkətə müvəqqəti güzəşt müddəti verilmiş olmasına baxmayaraq, qadağanın qüvvəyə girəcəyi təqdirdə fəaliyyətinin davam etdirilməsi istiqamətində hələki aydın bir plan yoxdur və nəticədə şirkət dünya üzrə etibarlılığını itirməyə meyillidir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır