Oreonun çəkilişini edən Youtuber həbs edildi

  • 03 İyun 2019
  • 203

2017-ci ilin yanvar ayında Barselonada bir imkansız şəxsə içərisində diş məcunu olan Oreo verərkən çəkdiyi videonu paylaşan Kanghua Ren 15 ay həbs cəzasına məhkum edilərək eyni zamanda 20 min avro məbləğində cərimə edildi.

Chip.az xəbər verir ki, video sonunda böyük diqqət çəkən Ren yalnız video çəkməsi ilə deyil videoda söylədikləri ilə bir çox insanı qəzəbləndirdi.

“Bəlkə bir az irəli getdim, amma yaxşı tərəfdən baxın. Verdiyim Oreo adamın dişlərini təmizləməsinə kömək edəcək” deyən Ren “Məncə adam kasıb olduğuna görə dişlərini təmizləmir” ifadəsi ilə fikirlərinə davam edib.

 

52 yaşlı adam verilən şirniyyatı yedikdən sonra, "Daha əvvəl küçələrdə belə pis bir rəftar görməmişdim" deyə bildirib.

Ren cümə günü cəzalandırıldı. The New York Times qəzetinin xəbərinə görə İspaniya Ədliyyə sisteminin qeyri-şiddətli cəzaları səbəbindən həbs olunmayacağı qeyd olunub. Bundan əlavə YouTube kanalının və müxtəlif sosial media hesablarının beş il müddətində bağlanmasına qərar verilib.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Məşhur tozsoran şirkəti avtomobil istehsalına hazırlaşır

Chip.az xəbər verir ki, ilk olaraq  2016-cı ildə elektrik enerjisi ilə çalışacaq avtomobillər haqqında yayılan məlumatlar 2017-ci ildə öz təsdiqini tapdı. Beləl

İnnovasiyalar Agentliyinə rəhbər təyin olundu

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Hey

Ekspert: Məktəblər İnformatika fənninin evini yıxır!

Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün milli komandamız da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəll

Alimlər Yerə yaxınlaşan təhlükə haqqında açıqlama verib

Alimlər diametri təxminən 300 metr olan asteroidin planetimizin yaxınlığından keçməsi ilə bağlı xəbərdarlıq ediblər. 2006 QQ23 adlı göy cismi hazırda medianın gündəmin

İnternetlə qoxu ötürən qurğu yaradılıb

Bunun üçün eksperiment iştirakçılarının burnuna “elektron iyləri” beyinə ötürməyə imkan verən elektrodlar quraşdırılıb.

 Eksperimentdə 31 n