Klaviatura ilə musiqi hazırlaya biləcəyiniz internet saytı: Patatap.com

  • 03 İyun 2019

Sosial media fenomenlərinin DJ-lik etməyə başladığı bir zamanda musiqi həqiqətən həyatın ən əyləncəli hissələrindən birinə çevrilib.

Chip.az xəbər verir ki, 2014-cü ildə həyata keçirilən “Patatap” layihəsi limitsiz rəngli variantlara malik animasiyalar və yüzlərlə melodiya ilə son dərəcə xoş anlar keçirməyi vəd edir.

 

A hərfindən Z-yə qədər ümumilikdə 26 ritmik səs ilə müşayiət olunan “Patatap”ı istifadə etmək üçün klaviaturada yer alan düymələrə basmaq kifayətdir. Hansı düymənin necə melodiyaya malik olduğunu bildikdən sonra istədiyiniz musiqi parçasını yarada bilərsiniz. Əgər eyni səslər sizin üçün cansıxıcı olsa klaviaturadakı boşluq düyməsini aktivləşdirin. Bu funksiya müxtəlif melodiyalara malik digər səs formatlarına keçməyə imkan verir.

“Patatap”ın rəsmi saytına daxil olaraq yararlana bilərsiniz.

Musiqini təkmilləşdirməyə əsaslanan musiqi proqramı yaratmaq istəyən Jono Brandel 2014-cü ildə belə bir açıqlama vermişdi

“Vizual və audio hissələri qarışdırmaq fikri bizi həqiqətən cəlb etmişdir. Bu zaman biz hər kəsin faydalana biləcəyi bir platforma “Patatap”ı hazırlamağı qərara aldıq”

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır