Photoshopun gizli xüsusiyyəti

  • 01 İyun 2019

Photoshop istifadə edərkən, biz fotoşəkili yaxınlaşdırdığımız zaman hərəkət etmək üçün boşluq çubuğunu və ya pəncərə menyusundakı brauzerdən istifadə edirik.

Chip.az xəbər verir ki, bu kontekstdə biz sizə çox istifadə olunmayan ancaq işinizə olduqca yararlı olan yeni bir üsul göstərəcəyik.

Bir fotoşəkil üzərində işləyərkən istədiyiniz hissəyə yaxınlaşdırdıqdan sonra H düyməsini basın saxlayın. Əl işarəsini gördükdən sonra sol siçan düyməsini basıb saxlayın və istənilən sahəyə sürüşdürün. Kiçik bir kvadrat işarəsi içərisində siçan düyməsini buraxdıqdan sonra yaxınlaşma sahəsini görəcəksiniz. Sahəni göstərdiyiniz zaman əvvəlcə siçan düyməsindən sonra H düyməsini buraxın.

 

Digər üsullarla maraqlandığınız təqdirdə Photoshop Training YouTube kanalının 2 dəqiqəlik videosunu izləyə bilərsiniz

https://youtu.be/CpmJRYS9N4w

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır