PUBG oynayan gənc həyatını itirdi

  • 31 May 2019

“PUBG”oyun dünyasına daxil ediləndən sonra  ən çox müzakirə olunan və böyük istifadəçi kütləsi toplayan oyunlardan biridir.

Chip.az xəbər verir ki, məşhur oyun platforması bu dəfə bir  yeniyetmənin altı saat boyunca PUBG oynamasından sonra həyatını itirməsinə səbəb oldu.

Hindistanda Madya Pradesh şəhərində baş verən hadisədə sözü gedən oyunu altı saat boyunca mobil telefonunda oynayan yeniyetmə infakt nəticəsində vəfat edib.

Həmin şəxsin atası Harun Rəşid Qureshinin sözlərinə görə, hadisə mayın 28-də baş verib:

“Furkan, yeməkdən sonra oyun oynamağa başladı və bu altı saatdan çox davam etdi. Hadisədən öncə çox həyəcanlanmışdı və digər oyunçuların üstünə qışqırırdı”

Furkhan təcili olaraq xəstəxanaya aparılsa da kardioloq xəstəxanaya gəldikdə uşağın nəbzinin artıq dayandığını və onu həyata qaytarmaq üçün əllərindən gələn hər şeyi etdiklərini söyləyib.

Qeyd edək ki, Furkanın ailəsi onun əvvəllər hər hansısa ürək probleminin olmadığını bildiriblər.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır