Dünyanın ən sıx pikselli və ən kiçik mikro ekranı təqdim edildi

  • 31 May 2019
  • 159

Kaliforniya mərkəzli Mojo Vision Santa Clarada keçirilən Augmented World Expo tədbirində dünyanın ən kiçik ekranının monoxrom prototipini təqdim etdi.

Chip.az xəbər verir ki, prototip cari smartfon ekranlarından 300 dəfə daha böyük pixel sıxlığı ilə kiçik pikselləri gücləndirir. Tədbirdə ekran mikroskopla incələnə bilər. Gecə görünüşü avadanlıqlarında olduğu kimi yaşıl görüntü verir. Ekranda yeni nəsil  ekranların inkişafında böyük əhəmiyyət kəsb edəcəyi gözlənilən “MicroLED”dən istifadə olunur.

Mojo Vision şirkətinin məhsul marketinqinin vitse-prezidenti Stiv Sinclair “MicroLED”lərin gözə ən yaxın namizəd olacağı və açıq havada da istifadə oluna biləcəyini söyləyib. O da pikselin ölçüsünün mümkün qədər azaltdıqlarını bildirib. Ekranların tam olaraq nə üçün istifadə ediləcəyi haqqqında isə məlumat verilmir.

“MicroLED”, mövcud LCD ekranların gücünün 10% -ni istifadə edir və “OLED”lərdən 5-10 dəfə daha yüksək parlaqlığa sahibdirlər. Bu da “MicroLED”lərin açıq havada asanlıqla görülə biləcəyini göstərir.

“Mojo Vision”da ekran nümayişinin vitse-prezident Paul S. Martin :

““Mojo”nun yüksək sıxlıqlı “MicroLED”ləri ekranlardakı böyük irəliləyişləri göstərir. Kiçik pikselli ekranların yaradılması, bu günün mobil cihazlarında olduğu kimi diqqət dağıtmayan, zəif gücdə olan bir ekranı təmin edər. Bu prototip “MicroLED”lərin daha qüsursuz genişlənmiş real təcrübələrini yaratmaq qabiliyyətini nümayiş etdirir”

 

“Mojo Vision 14K PPI”nin xüsusiyyətləri aşağıdakılardır:

0.48 mm MicroLED ekranı

1,8 μm piksel pitch

14,000 ppi-dən çox alt piksel üçündür

200 Mppi2-dən çox piksel sıxlığı

Mojo Vision bu günə qədər Xosla Ventures, New Enterprise Associates, Shanda Group, Fusion Fund, Liberty Global Ventures, 8VC, Dolby Family Ventures, AME Cloud Ventures və Open Field Capital kimi sərmayəçilər tərəfindən 108 milyon dollar investisiya əldə edib.

Son olaraq bu investorlar siyahısına “Google’s Gradient Ventures”, “Advantech Capital”, “HP Tech Ventures”, “Motorola Solutions Venture Capital”, “Bold Capital Partners”, “LG Electronics”, “Kakao Ventures” və “Stanford StartX” kimi şirkətlər də əlavə olundu.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Avtomobil

Porsche bundan sonra dizel motorlu avtomobil istehsal etməyəcək

Bu ilin əvvəllərində da, 2022 etibarilə daha yaşıl vasitələrə investisiya qoyuluşunu iki dəfə çıxaracağını, 2025də də hər bir saniyədə istehsal edilmiş hər bir yeni Porsc

"Prado" qiymətinə UAZ alınır - “Aztelekom”dan ŞOK ADDIM

Chip.az Demokrat.Az a istinadən  xəbər verir ki, "Aztelekom” MMC "Sun Cars” MMC ilə müqavilə imzalayıb.

Müqavilənin predmeti 25 ədəd UAZ -3

Havanı təmizləyən avtobus istifadəyə verildi - MÖHTƏŞƏM YENİLİK

Chip.az Design Feeds-ə istinadən xəbər verir ki, yeni icad havanı təmizləməyə kömək edəcək.

Məlumdur, Sautqempton Britaniyanı

“Qaz-21” idman avtomobili qiymətinə satılır - FOTO

“Ötən əsrdən salam” – bu məlumata məhz bu

Volvo Polestar 2-nin görüntüləri yayımlandı

Chip.az bildirir ki, 2019-cu ilinin başlaması ilə birlikdə texnologiyanın hər sahəsindən yeni məlumatlar yayılmağa başladı. Polestar 2 –də bunlar