Chip.az 1 yaşını qeyd etdi

  • 31 May 2019

Chip.az kollektivi may ayının 30-u 1 yaşını qeyd etdi.

1 il ərzində onlarla tədbirdə şirkətlərin media tərəfdaşı kimi yaxından iştirak edən “Chip.az” öz peşəkar komandası və operativliyi ilə daim fərqlənir. İstər yerli, istərsə də xarici şirkətlərin texnologiyaya verdiyi töhvələri işıqlandıran “Chip.az” media orqanı müxtəlif film və oyunların incələmələrinə də yer ayıraraq auditoriyanı  maarifləndirərək əylənməsini təmin edir.

Onlayn rejimlə yanaşı oflayn olaraq da fəaliyyət göstərən “Chip Azərbaycan” jurnalı ana dilində dərc olunan yeganə texnologiya jurnalıdır. Qeyd edək ki, junalın “Gələcək həmkarım” layihəsi ucqar regionlarda məktəbləri texnoloji avadanlıqlarla təmin edərək, informatika otaqlarının təşkil olunmasına vasitəçi olur.

Ölkədə fəaliyyət göstərən Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar və Təhsil Nazirliyi birlikdə bir sıra layihələr keçirən “Chip.az” növbəti ay “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” ilə birlikdə “Virtual bələdçi: ANA”  layihəsinin həm Bakıda, həm də regionlarda keçirilməsinə start verir.

Dünyada və Azərbaycanda fəaliyyət göstərən texnologiya şirkətlərinin imkanlarını bir araya toplayaraq yeni erada texnoloji informasiyadan geri qalmamağa çalışan “Chip.az” komandası yalnız media orqanı kimi deyil, bir şirkət olaraq müxtəlif tədbirlər keçirməyi planlaşdırır. Bu səbəbdən bizi izləməyə davam edin!

Bu səbəbdən yaşından çox böyük işlər görən, hazırda görməyə davam edən və görəcək olan “Chip.az”-ın gələn il daha böyük media orqanı olaraq qarşınızda olacağını əminliklə deyə bilərik!

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır