Google Huawei ilə bağlı geri addım atdı

  • 31 May 2019
  • 282

90 gün davam etməli olan gözləmə qərarı olmasına baxmayaraq “Huawei Mate 20 Pro”nu “Android Q Beta” siyahısından çıxaran “Google” bu gün cihazı yenidən sıralamaya əlavə etdi.

Chip.az xəbər verir ki, “Android Q” hazırda “Google” və bir çox “OEM” cihazlarında beta prosesindədir. Lakin “Huawei”nin yaşadığı problemlərin ortasında “Mate 20 Pro” “Android Q Beta” səhifəsindən çıxarıldı.

Məlum olduğu kimi ABŞ " “Huawei”ni milli təhlükəsizliyi təhdid etməsi səbəbi ilə qara siyahıya salmışdı. Nəticədə bir çox ABŞ şirkəti “Huawei” ilə işlərini dayandırdı. “Google” da bu şirkətlər arasında yer alırdı.

“9to5Google”nin məlumatına görə “Google” səssizcə “Android Q Beta” səhifəsində aradan qaldırılan “Huawei Mate 20 Pro”nu çıxarılmazdan əvvəlki  formasında yenidən siyahıya əlavə edib.

Tam siyahıya buradan baxa bilərsiniz.

Atılan bu geri addım “Huawei”yə verilən 90 günlük lisenziya müddətinin mövcud məhsullar üzərindən davamı ilə bağlı olduğu ehtimal olunur. Çox güman ki, bu betada davam etməyəcək. Bu “Huawei”nin cari cihazlarının “Android Q” versiyası ilə yenilənə biləcəyinə dair gözəl bir işarədir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Cənubi Koreya, seçkilərdə Blockchain texnologiyasından istifadəyə hazırlaşır

Beləliklə, Blockchain ilə səs vermə sisteminin daha etibarlı olacağı ehtimal edilir. Bununlada seçki nəticələrində tam şəffaflığın təmin edilməsi

Süni intellektin müasir vəziyyəti, inkişaf mərhələləri və tətbiqləri araşdırılıb

Tədbiri giriş sözü ilə açan institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov<

İnternetdən düzgün alış-veriş etməyin qaydaları

Lakin, bəzən bu tam tərsi, öz ziyanları ilə də yadda qalır. Məsələn məhsulun ümumiyyətlə gəlməməsi, və ya göründüyündən daha az keyfiyyətdə olması , hesabdan da

Maddəni buxara çevirəcək lazer təqdim olunub

Chip.az xəbər verir ki, mart ayında günəş enerjisinin onda biri qədər gücə malik  lazer təqdim olunduğu vaxt Ruminiyalı tədqiqatçılar 10 petawatts (PW) ilə təc

“Telegram” messencerində yazışmaları oxumağa imkan verən boşluq aşkar edilib


 
 Amerikalı mühəndisin postu sözügedən nəşrin diqqətini cəlb edib. Mühəndis başqa istifadəçilərin mesajlarını şifrlənməmiş “S