Gigabyte dünyanın 15,000MB / s sürətinə sahib ilk SSD-ni təqdim etdi

  • 30 May 2019

Kompüterlərdə daha sürətli işləyəcək yaddaş qurğuları hazırlanır.

Chip.az xəbər verir ki,  sabit disklər yavaş-yavaş xarici və daxili SSD-lər ilə əvəz olunur. Gigabyte dünyada ən sürətli və ən böyük PCIe 4.0 SSD-ni AORUS Xtreme Power tədbirində təqdim etdi: AORUS Gen 4 NVMe AIC 8TB.

Üçüncü nəsil AMD prosessorları və X570 əsas kartları ilə birgə yeni PCIe 4.0 əvvəlki versiyaya nisbətən 68?ha çox iş təqdim edir.

“AORUS Gen 4 NVMe AIC 8TB”nin özündə  4 ədəd  “AORUS NVMe Gen4 SSD 2 TB” quraşdırılmış SSD adaptırı var . Bu quruluş sayəsində paralel olaraq fəaliyyət göstərə bilən SSD-lər, PCIe 4.0 SSD-lərinin sahib olaraq öyündüyü 5 GB / s yazma sürətini  daha da zəiflədir.

 

Əlbəttə ki, 15 TB sürətinə çatmaq asan deyil, x570 əsas karta və yaxşı soyutma sistemi də lazımdır. SSD”nin üzərində yerləşən soyuducu və fana sahibdir. Kartın üzərində heç bir güc girişi yoxdur. Lazım olan bütün enerjini  PCIe 4.0 portundan çəkir.

Gigabyte bu SSD üçün buraxılış tarixini və ya qiymətini təyin etməyib. SSD-nin  yaxın gələcəkdə daha rəqabətli bazar sektoru yaradacağı proqnozlaşdırılır.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır