Xiaomi yeni Mi 9 modelini təqdim etdi

  • 30 May 2019

Çin smartfon istehsalçısı Xiaomi “Twitter” üzərindən paylaşdığı bir məzmunda Mi 9 ailəsinə yeni bir model əlavə edəcəklərini açıqladı.  

Chip.az xəbər verir ki, paylaşılan görüntüdə standart Mi 9 ilə çox oxşar bir smartfon yer alıb. Lakin digərlərindən fərqli olaraq telefonun ön kamera dəliyi yoxdur.

Mi Mix 3 tamamilə çərçivəsiz və çəntikli olan ilk “Xiaomi” smartfonu idi. Ancaq Mi Mix 3 çərçivəsiz ekran dizaynını mümkün etmək üçün skid quruluşuna üstünlük vermişdi. Yeni Mi 9 modeli isə çərçivəsiz ekran  dizaynının ön kameranın açılıb-bağlanan moduluna inteqrasiya ediləcək üslubunda təqdim olunacaq.

Bəs yeni Mi 9 modelinin adı nə olacaq?

Əslində Xiaomi bu sualın cavabını istifadəçilərdən soruşur. “Twitter” vasitəsi ilə yeni modelin Mi 9T, Mi 9I və ya Mi 9K ola biləcəyi ifadə edilir. Cihazın xüsusiyyətləri haqqında heç bir məlumat yoxdur, lakin Snapdragon 855 prosessoruna sahib olacağı məlumdur.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır