Dünyanın ən populyar mesajlaşma proqramı olan “WhatsApp” istifadəçilərə iki yeni xüsusiyyət təqdim etdi.
Chip.az xəbər verir ki, artıq “WhatsApp”dan gələn səsli ismarıcları tək-tək dinləmək əvəzinə bir dəfəyə hamsını səsləndirə biləcəksiniz. Eyni zamanda bir mesajın neçə dəfə ötürülməsini də görmək mümkündür.
Bəzi “WhatsApp” istifadəçiləri mesaj yazmağı sevinmirlər və səsli ismarıcları davamlı olaraq göndərməyə üstünlük verirlər. Bu günə qədər göndərilən bütün səsli mesajlarını dinləmək üçün ayr-ayrılıqda həmin audio ismarıcların üzərinə toxunmaq tələb olunurdu. Yeni xüsusiyyət ilk səsli mesaji qulaq asmağa başladıqda avtomatik olaraq digərlərini də səsləndirəcək.

Bundan başqa yuxarıda qeyd olunduğu kimi yeni xüsusiyyət bir mesajın neçə dəfə göndərildiyini yoxlamağa imkan verir. Düzgün olduğundan şübhələndiyiniz bir mesajın üzərində barmağınızı tutaraq ismarıc məlumatlarından bunu asanlıqla görə bilərsiniz.
Aida İSAQ