Samsung Galaxy S10-nun bəzi vacib problemlərini həll etdi

  • 30 May 2019

“Samsung Galaxy S10” istehsala başladığı ilk gündən bu günə qədər bir çox yeniləmələr gerçəkləşdirib.

Chip.az xəbər verir ki, “Android” uyğunlaşması və interfeyslərə dair bu yeniliklər cihazları gözlənildiyi kimi daha sabit hala gətirdi. May ayında təhlükəsizlik yeniləməsi ilə “Samsung” üçüncü tərəf tətbiqlərində bəzi ardıcıl səhvləri aradan qaldırmağı bacardı. İstifadəçilərdən gələn rəylərə görə “Twitter” kimi tətbiqlərdə rast gəlinən donma və ani bağlanma kimi problemlər həll edildi.

Bildiriş almayan S10 istifadəçiləri üçün, yeniləmə kodu aşağıdakı kimidir: XXU1ASE5

 

Samsung, Son Güncellemeyle Galaxy S10’un Bazı Önemli Sorunlarını Çözdü ile ilgili görsel sonucu

Bununla yanaşı Galaxy S10 cihazlarının interfeysinə daxil olan “Night Mode”yə də bəzi əlavələr edilib. Ultra geniş bucaqlı arxa kamera sensorunun uzun sürət həddində bəzi dəyişikliklər gerçəkləşdirilib. Telefoto objektivin canlı fokus rejimi də son dərəcə mükəmməl vəziyyətə gətirilib.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır