İnsan hərəkətlərini animasiyaya çevirən güzgü

  • 29 May 2019

Güzgülərin görüntüləri əks etdirmək kimi sadə funksiyası var.

Chip.az xəbər verir ki, Londonda sərgilənən daha doğrusu bir sərginin girişində yer alan bu güzgü fərqliliyi ilə hərkəsin diqqətini cəlb edib. AI: More Than Human sərgisinin girişində yer alan və Future You adlandırılan ayna  süni intellekt və animasiyalara malikdir.

Maraqlısı odur ki, güzgüdə insan əvəzinə bir fiqur görsənir. Bu animasiya obrazı insanların hərəkətlərini izləyərək onları təkrarlayır.

Bu ayın əvvəlində açılmış sərginin girişindəki bu güzgüdə 47 min müxtəlif animasiya variantları yer alır. Bu animasiyalarda obrazlar titrəyir, dönür, bükülür və mimik hərəkətlər edir.

Aşağıdakı linkə daxil olaraq bu maraqlı aynanın görüntülərini izləyə bilərsiniz

https://bit.ly/2JJGfw0

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır