SpaceX-in Starlink peykləri UFO xəbərlərini artırdı

  • 29 May 2019

Elon Muskun gerçəkləşdirmək istədiyi layihənin nəticəsi olaraq Yerin orbitində yerləşdiriləcək peyklər vasitəsi ilə bütün dünyaya internetə çıxış təmin ediləcəyi haqqında məlumat vermişdik.

Chip.az xəbər verir ki, orbitə buraxılan ilk 60 peyk bir çox UFO xəbərlərinin yayılmasına səbəb oldu.

 

Buraxılışdan qısa bir müddət sonra, həvəskar astronom Marko Langbroek Hollandiya üzərindən tək bir sırada keçən peyklərin görüntülərini yayımlamışdı. Hollandiya UFO saytı UFO Meldpunt bir sıra halında hərəkət edən peyklər haqqında 150-dən çox bildiriş aldıqlarını bildirib. Sayt həmçinin bu məlumatlarda bəzilərinin bunların UFO ola biləcəyini iddia etdiklərini qeyd edib.

Hollandiyalı naşir “Nederlandse Omroep Stichting”-ə danışan şəxsin “ Nə baş verdiyini anlaya bilmədim. Rusiya ABŞ-a hücum etdi mi? Və ya onlar UFO idimi? Həqiqətən, heç bir fikrim yoxdu”-deyə bildirdiyini qeyd edib.

“SpaceX”dən verilən açıqlamaya görə peyklərin yerin orbitindən çıxacağı, yəni onları belə yaxından görməyin mümkün olmayacağı vurğulanıb.

Şirkət peyklərin ölçüsü səbəbiylə gecə göyə baxarkən onları görməyin mümkün olmadığını söyləmişdi. Lakin, bəzi astronomlara görə Starlink peykləri üzərində günəş panelləri işığın normaldan daha çox parıldamasına səbəb ola biləcəyini ehtimal edirlər.

Aida İSAQ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır