Sony-nin qatlana bilən ekranlı telefonu Xperia F adlanacaq

  • 29 May 2019

“Samsung Galaxy Fold” ilə bir anda ulduzu parlayan ancaq hələki bazara tam şəkildə təqdim olunmayan qatlana bilən ekranlı telefonlarınkarvanına  “Huawei”, “Xiaomi” və “LG”dən sonra “Sony” də qoşuldu.

Chip.az xəbər verir ki, “Sony” üzərində işlədiyi yeni “Xperia F” modeli qatlana bilən ekranı ilə buraxılacaq.

“Sony”nin  qatlana bilən telefon ekranları ilə bağlı hər hansı dizayn məlumatları hazırda olmadığı və şirkətin “Samsung”un OLED ekran texnologiyasından yararlanacağı bildirilir. Bununla başqa “Sony” modelinin 21: 9 nisbətində qatlana bilən ekrana sahib olacağı qeyd olunub. Bu da “Sony”nin öncələrdə istehsal etdiyi  “Xpreia 1” və “Xpreia 10” modellərini xatırladır.

Bu aspektdən nisbəti nəzərə alsaq, “Sony”nin qatlana bilən ekranlı telefonunun planşetə bənzər şəkildə üfüqi olaraq açılmayacağını, telefonun vertikal olaraq qatlanacağını söyləmək mümkündür. Ancaq bu məlumatlar və qiymətləndirmələrin şirkətin rəsmi elanına qədər bir ehtimal olaraq fərz edildiyini unutmaq olmaz.

“Sony”dən yeni “Xperia Z” seriyasının əlaqə xüsusiyyətlərini nəzərə alaraq, bu telefonun da 5G dəstəyinə sahib olacağını demək olar. "Sony" 5G dəstəyinə sahib hər hansısa bir smartfonu rəsmən elan etməməsinə baxmayaraq, əvvəllər şirkətin 5G texnologiyası üzərində işlədiyi də bildirilmişdi. Beləliklə texnologiya nəhəngi “Sony” qatlana bilən ekranlı və 5G bağlantısına malik ilk modelini təqdim edə bilər.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır