40 İlin orijinal Apple I modeli satıldı

  • 28 May 2019

Köhnə kompüterlər zaman keçdikcə dəyərini itirir.

Chip.az xəbər verir ki,  söhbət  “Apple”in ilk kompüterlərindən gedirsə vəziyyət bir qədər fərqli olur.

Bir çox adamın düşündüyündən də daha köhnə marka olan “Apple”nin tarixi “iPhone”dən də daha öncələrə gedib çıxır. “Apple”nin ilk kompüteri 1970-ci illərdə “Apple I” idi.

“Apple”nin həmtəsisçisi Steve Wozniak əllə hazırladığı 1976-cı il “Apple I” modelini  hərracda 471,000dollara satdı. Kompüter dəri çantası və inteqrasiya klaviatura ilə birgə satılıb.

 

Kompüterin bir çantayla bərabər satılmasının səbəbi isə “Apple I”nin öz çantasının olmaması idi. Məhsulun köhnə sahiblərindən biri  daşınması rahat olsun deyə yəqin ki, cihazı bir çantanın içərisinə yerləşdirib.

Təxminən 200 “Apple I” modelinin istehsal edildiyi və bu kompüterlərin əksəriyyətinin yox olduğu ehtimal olunur. Bu hərracdakı model əvvəllər Rick Conteə məxsus idi. Conte sonra cihazı “Maine Personal Computer” muzeyinə bağışlayıb və daha sonra cihaz digər sahiblərinə çatıb.

Hərraca orijinal kitabça, Apple I” ilə bağlı məqalələr, uyğun printer kimi avadanlıqlar da daxildir.

Aida İSAQ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər